Sənətkarın böyrəyi İsa Bəyə köçürüldü - FOTOLAR


Beyinə qan sızması nəticəsində dünyasını dəyişən Türkiyəli səs aktyoru Mehmet Ertürkün orqanları transplantasiya gözləyənlərə ümid verir. Bursada transplantasiya üçün növbədə gözləyən taksi sürücüsünə Ertürkün böyrəyindən biri köçürülüb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Çanaqqalanın Bayramiç rayonunda məskunlaşan və əşyalarını daşıyarkən pilləkənlərdən yıxılaraq beyin qanaması keçirən Dövlət Səs Aktyoru Mehmet Ertürk ötən həftənin cümə günü dünyasını dəyişib.


Orqanlarını tək övladı Ata Ərtürkə bağışlamaq üçün vəsiyyət edən Mehmet Ertürkdən alınan orqanlar başqalarına  bağışlanıb.

30 ildir dializ aparatına qoşulan və 6 aydır növbədə gözləyən Ertürkün böyrəyi taksi sürücüsü İsa Bəyə həyat verib.

Özəl xəstəxanada 2 saata yaxın uğurlu əməliyyatdan sonra yeni böyrəyi implantasiya edilən İsa Bəy 11 yaşında yüksək təzyiq olduğunu bildirib.


"Təzyiqimi heç aşağı sala bilmədilər"  deyən İsa Bəy sözlərinə davam edir: 
“Mən nəhayət böyrəklərimi itirdim. 30 ildir bu xəstəlikdən əziyyət çəkirəm. İki ay əvvəl yenidən köçürməyə çağırdılar, amma olmadı. Keçən şənbə məni yenidən xəstəxanaya çağırdılar. Hiss etdi ki, böyrəyi mənə köçürəcəklər”. 

“UĞURLU ƏMƏLİYYAT OLDU”


Böyrək nəqli əməliyyatı keçirən həkimlərdən Op. Dr. Mahmud Esat Danışoğlu deyib:

“Cümə günü axşam bizə zəng etdilər və dedilər ki, beyin ölümü olan bir xəstə var. Transplantasiya sifarişi mərkəzimizdə idi və donordan orqan almaq üçün Çanaqqalaya getdik. Qaraciyər, böyrək və buynuzlu qişa çıxarıldıqdan sonra şənbə günü 30 ildir dializ xəstəsi olan İsa Bəyə böyrək nəqli əməliyyatı etdik. Uğurlu əməliyyat oldu. Hər şey yaxşıdır. Pasiyentimiz 11 yaşından dializ müalicəsi alır. Normalda dializdə olan xəstənin ömrü qısa olur. Keçmişdə çox uğurlu müalicə olunub, sonrakı dövrdə çox yaxşı olacaq”.

Turan