İraq aviaşirkəti Kərkükdən Bakıya uçuşlara başlayır

Avqusutun 1-dən "İraq Hava Yolları" şirkəti Kərkük-Bakı-Kərkük istiqamətində birbaşa uçuşlara başlayacaq.

“Report” xəbər verir ki, bunu Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov tvitter hesabında bildirib.

“Daha sonra Bakıdan Bağda, Ərbil və Bəsrə şəhərlərinə uçuşlar həyata keçiriləcək", - deyə o qeyd edib.