Naxçıvan şəhərində tarix-turizm kompleksi yaradılacaq

Naxçıvan şəhərində tarix-turizm kompleksi yaradılacaq

"Report"un yerli bürosu xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Əməkdar memar Səbinə Hacıyeva deyib.

O bildirib ki, abidələrin yenidən bərpası çərçivəsində Naxçıvan şəhərində tarix-turizm kompleksinin yaradılması, Ordubadda isə tarix-mədəniyyət qoruğunun inkişafı ilə bağlı tədbirlər görüləcək.

Qeyd edək ki, S.Hacıyeva və xidmətin sektor müdiri Mahir Qəhrəmanov Naxçıvanda səfərdədir. Onlar Naxçıvan və Ordubad şəhərlərində tarixi abidələrə baxış keçiriblər.