Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya auditor seçir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 18-i, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 28-i, saat 16:00-a qədər qurumun Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani prospekti, 25 A ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə avqustun 29-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.