Bakıda qadın keçmiş həyat yoldaşını döyüb

Bakının Sabunçu rayonunda keçmiş arvadı tərəfindən döyülən kişi xəstəxanaya yerləşdirilib.

"Report"un məlumatına görə, Yeni Ramana qəsəbəsində boşanmış həyat yoldaşı ilə eyni evdə yaşayan 1982-ci il təvəllüdlü Mahmudov Beyrub Xurşud oğlu keçmiş həyat yoldaşı Mahmudova Ceyhunə İmdad qızı tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Qeyd edək ki, zərərçəkən hadisəni "Report"a təsdiqləyib.