Qaxa istirahətə gedən kişi intihar edib

Qaxa istirahətə gedən kişi intihar edib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 11 radələrində rayonun İlisu kəndində çay kənarında baş verib. 1992-ci il təvəllüdlü Sabirabad rayon sakini Təriqət Rövşən oğlu Mürsəlovun meyiti ağacdan asılı vəziyyətdə aşkar edilib.


İlkin araşdırma zamanı T. Mürsəlovun intihar etdiyi məlum olub.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.