"Sürət zəif, qiymət bahadır"  - İnternet provayderləri...

Müasir dünyanı internetsiz təsəvvür etmək mümkünsüzdür. Dünyanın hər bir yerində baş verən ən son dəyişikliklərdən bir düymə vasitəsilə xəbərdar ola biliriksə, bu internet sayəsindədir.

Ölkəmizdə bir çox sahədə olduğu kimi bu istiqamətdə də bahalıq müşahidə olunur. Bəzi istifadəçilər düşünürlər ki, internetin qiyməti sürəti ilə üst-üstə düşmür. Bu da zaman-zaman ciddi  narazılıqlara və müzakirələrə səbəb olur. 

Sözügedən mövzu ilə bağlı "Sherg.az"a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, ölkəmizdə "Aztelecom"dan başqa interneti təmin edə bilən başqa şirkət yoxdur: 
“Sonradan təbii ki, özəl provayderlər-şirkətlər yarandı, amma bu mənbənin tək olduğu gerçəyini dəyişmir. Şirkətlər arasında güclü rəqabət yoxdur. Rəqabət aparmaq üçün isə müxtəlif paketlər təklif olunur. Mənbədən aldıqları qiymət baha olduğundan qiymətlərdə ciddi endirim edə bilmirlər. Buna görə də Azərbaycanda sürət zəif, qiymət isə bahadır”.

Səbinə Elmanqızı