Azərbaycanda general-mayor vəfat etdi 

Gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov vəfat edib.
 
Oxu.az-ın əldə etdiyi məlumata görə, o, ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.
 
Qeyd edək ki, general Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb.
 
O, 2022-ci ilin iyul ayında DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrə əsasən təqaüdə göndərilib.