Avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir.
Amma hələdə əhali arasında buna əksər sürücülər və parklanma yerlərindəki məsul şəxslər riayət etmir.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, avqust ayının 7-dən etibarən tətbiq edilən yeniliklərdə müəyyən narahatlıq və çətinliklər var:
"Burada problem ondan ibarətdir ki, tətbiq olunan ödənişlərdə müasir alqoritm və mexanizmlər əhali arasında kifayət qədər populyar deyil. Çünki ən məşhur qayda nağd ödəniş üsüludur. Əhali arasında müəyyən tətbiqlərlə anlayışlı olmayan, yaşlı nəsil və mobil telefonu üstündə olmayan şəxslər olur. Bu da müəyyən dərəcədə onlar arasında inamsızlıq yaradır ki, biz tətbiqi yükləyə və istifadə edə bilmirik. Buna görə də birbaşa yerli ərazi üzrə məsul şəxlərə pul verirlər. Yaxşı olardı ki, bu tətbiqə birdən yox, tədricən keçilərdi. Yaxud tətbiq sahəsi daha populyar mexanizmlər üzərində qurula bilərdi. Ödəniş sistemi sadələşdirilməlidir. Bu zaman problemsiz nağdsız ödənişlərə keçmək mümkün olar".