Vladimir Putin: “Dünyadakı münaqişələr yenidən qızışdırılır”

“Dünyadakı münaqişələr yenidən qızışdırılır”.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Onun fikrincə, bunu edənlərin məqsədi humanitar fəlakətlərdən qazanc əldə etməkdir.

V.Putin baş verən proseslərdə Qərbi ittiham edib: “Bunların hamısı Qərbin geosiyasi avantüraları, eqoist hərəkətlərinin nəticəsidir”.