İnsanlar rahat yuxuya həsrət qalacaqlar: Alimlər maraqlı tədqiqata imaza atıblar

Gecələr yuxuya getməkdə çətinlik çəkir, yataqda gah sağ, gah sol böyrü üstünə çevrilməkdən yorulursunuz, gecə yarısı tər içində oyanırsınızsa, səbəbi yataq otağınızdakı hakim hava - temperatur ola bilər.

 “Sherg.az”  “Mashable.Türkiye.com”a istinadən bildirir ki, alimlər bu mövzuda maraqlı tədqiqata imaza atıb. “Science of The Total Environment” tədqiqat haqqında material yayımlayıb. Yuxu ilə bağlı tədqiqatın müəllifi Harvard Tibb Məktəbinin mühəndisi və sağlamlıq problemləri üzrə tədqiqatçı Amir Baniassadidir. Tədqiqatçı ABŞ-nin Boston şəhərində yaşayan, yaşı 60-ı keçmiş 50 nəfər könüllünü tədqiqata cəlb edib. Nəticədə yaşı 60-dan yuxarı olanların rahat yata bilməsi üçün ideal otaq temperaturu müəyyən edilib. Məlum olub ki, rahat bir gecə və rahat yatmaq üçün otaqda ideal temperatur 20-25 santigrat dərəcə istilikdir. İstilik dərəcəsi bu göstəricidən yüksək olduqda isə yuxu pozuntuları başlayır. Rahat yuxu insanın yatağa uzandıqdan sonra yuxuya getdiyi zamanla ayıldığı zaman arasındakı müddət hesab edilir. Gecə narahatlığı, yuxu pozuntusu beynin fəaliyyətini zəiflədir, stresi, yorğunluğu artırır, qandakı şəkər nəzarətdən çıxır, orqanizm qan şəkər ilə mücadilə apara bilmir. Tədqiqatçı hesab edir ki, qlobal istiləşmə ilə əlaqədar planetimiz hər keçən gün bir az daha isinməkdədir. Və bu durumda, xüsusilə qocalar evlərində sərinliyin təmin edilməsi vacibdir. Sərinlədicilər, kondosonerlər öz yerində, amma günəş şüasını əks etdirən divar boyalarından, inşaat materiallarından istifadə edilməməlidr. Bu, xidmət göstərilən evlərdə sərinliyin təmin edilməsinə, daha rahat ortamın yaranmasına kömək edəcək. Tədqiqatçı bildirib ki, qlobal istiləşmənin digər problemlərlə yanaşı, insanların rahat yata bilməsini əngəlləyəcək durum olduğu da unudulmamalıdır. “Narahat yuxu təkcə fiziki bə zehni fəaliyyətimizi əngəlləmir, eyni zamanda insanlara baxışımızı dəyişdirib münasibətlərimizə də mənfi təsir göstərir” söyləyən tədqiqatçı bu fikirdədir ki, qlobal istiləşmə getdikcə daha çox insanın, necə deyərlər,  yuxusuna haram qatacaq. İnsanlar rahat yuxuya həsrət qalacaqlar, yuxu prosesi pozulacaq. Temperaturların artması admbaşı yuxu saatını da azaldacaq. 2099-cu ilədək il ərzində yuxu saatları getdikcə azalacaq və insanlar 50 saat daha az yatacaqlar. Tədqiqatçı otaq temperaturunun fərdi ola bləcəyini də qeyd edib. Elə insanlar var ki, isti otaqda yata bilir. Yəni, taq temperaturunun necəliyi hər insan üçün fərqli ola bilər. Sadəcə, bu tədqiqat zamanı ümum faiz əsas götürülüb.