Milyonluq suala cavab verdi, Konyanın qüruru oldu 


  Türkiyənin ATV telekanalında yayımlanan "Kim milyoner olmak istər" proqramına qatılan Rabia Birsen Güvercin doğulub böyüdüyü Konyanın Hüyük bölgəsi, Pınarbaşı məhəlləsinin qüruru olub.

 Sevilən aktyor Kənan İmırzalıoğlunun aparıcılıq etdiyi proqramda digər 11 suala düzgün cavab verərək 12-ci – 1 milyon TL-lik suala çatan Rabianın qarşısına “Tükiyənin 81 bölgəsin adında bu hərflərdən (Ş, G, H, V) hansı digərlərinə nisbətən daha az işlənir” sualına cavab verməli olub.  Rabia “V” hərfi yazılmış cavabı seçib. Və doğru bilib. Bununla da 1 milyon TL-yə sahib olub. Canlı yayımlanan proqramda Rabia heyrətini, sevincini gizlədə bilməyib. Onu izləyən həmyerliləri də həmin gecə sevinc içində olublar. 



Əldə etdiyi mükafatla Rabia Pınarbaşı məhəlləsinin qüruruna çevrilib. Məhəllənin muxtarı Mustafa Sözeri, Rabianın qələbəsinə hədsiz sevindiklərini deyib: "Qızımız yarışmada qalib oldu. Çox sevindik”, - deyib. Muxtar Rabianın yaşayışından da danışıb: “Yayda kəndə gəlir, babasının evində qalır. Qışda isə Ankaraya qayıdır. Kənd camaatı onun qələbəsinə çox sevindi, hamımız sevindik. Qürur duyduq onunla”. Rabia Birsen Güvercin 24 yaşındadır. Əslən konyalıdır. Ankara Qazi Universitetində bioloq ixtisasına yiyələnib. Atası qəssab dükanında qəza keçirib; bir qolu ətçəkən maşında qalıb və amputasya edilib. Proqrama qatılan Rabia başına gələnləri tamaşaçılar qarşısında danışıb.