DSX-nin əməkdaşları bölgəni tərk edən ermənilərə su və peçenye paylanılır

Azərbaycanın Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə “Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən bölgəni tərk edən ermənilərə su, şokolad və şirniyyat paylanılır.
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsində Xankəndini tərk edən erməniəsilli şəxslər məntəqədən öz şəxsi maşınlarla Ermənistan istiqamətində sərbəst şəkildə keçid edirlər.
Həmçinin onların təhlükəsiz və maneəsiz hərəkət etməsi üçün işlər görülür. Bu, bir daha Azərbaycan tərəfinin, o cümlədən sərhədçilərinin humanistliyindən xəbər verir.