Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb.

"Report" xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəci ev 83, mənzil 22-də yaşayan Günay Əbilfəz qızı Mehdiyeva Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edib.

O, ərizəsində onunla eyni ünvanda yaşayan qızı, 2007-ci il təvəllüdlü Ayşə Yusif qızı Sessizin sentyabrın 26-da saat 13:00 radələrində evdən çıxaraq bir daha geri qayıtmadığı bildirib.

Faktla bağlı araşdırma aparılır.