Qətiyyətli mühafizəçi 

  Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bədnam sovet sisteminin, orta məktəblərə, ali məktəblərə, universitetlərə göstərdiyi biganə münasibəti öz inkişaf etmiş iqtisadiyyatının gücü ilə həll etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sistemində etdiyi rezonans doğuran dəyişiklik, məktəb sisteminin yenidən qurulmasına, yeni düşüncə tərzinin formalaşmasına gətirib çıxardı. 
  Məktəb-lisey komplekslərinin standartlara tam uyğun şəkildə, yeni dizaynda təzədən işlənməsi və təmir edilməsi əlbəttə, burada işləyən ziyalı mühitinin və onun geniş miqyasda dünya standartlarına uyğunlaşmasını təmin etdi. Xarici siyasətində olduğu kimi, daxili siyasətində də cənab Prezident gənc nəslin yeni düşüncə ruhunda tərbiyə və təhsil almağına yeni düşüncə aspektindən yanaşdı. 
İndiki vaxtda, işğaldan azad olunan torpaqlarımızda da, Qarabağda, rayonlarımızda da, yeni-yeni məktəb-lisey komplekslərinin inşa edilib, onlara təzə nəfəs verilməsi Azərbaycan iqtisadiyyatının uğuru sayıla bilər. 
  Müstəqil Azərbaycan dövlətinin təhsillə bağlı yürütdüyü siyasət ali təhsil müəssisələrində də rəğbətlə qarşılanır, yeni gənc nəslin milli-mənəvi düşüncəsində əsaslı dönüş yaradır. 
  Bu yaxınlarda nəzər-diqqətimizi cəlb edən belə məktəb liseylərdən biri haqqında deyilən müsbət fikirləri, xüsusən Zəngi-lisey mühafizəsinin standartlara uyğun təşkil edilməsi, valideynlərlə mühafizə xidmətini həyata keçirən işçilərdən biri diqqətimizi özünə çəkdi. İlk baxışda liseyə gəlib övladlarıyla maraqlanan, onların dərsdən sonra da evlərinə getmələrini vaxtlı-vaxtında həyata keçirən, mühafizəçi Sabir Behbudov haqqında burada onu tanıyan valideynlər onun işindən, apardığı xidmətdən ağızdolusu danışdılar. 
Kimi dindirdiksə, hamı onun yüksək peşəkarlığından, mühafizə sistemini gözəl bilməsindən danışdılar. 
  Zəngi-liseyə övladlarının dalınca gələn valideynlər mühafizəçi Sabir  Behbudovun bir insan kimi, birinci növbədə öz peşəsinə hörmət etdiyini və burada çalışan insanların etibarını qazandığını bildirdilər. Biz də Zəngi-liseydə olarkən, Sabir Behbudov öz növbə yoldaşlarını gözləyirdi. Onun işi haqqında, xidməti haqqında yazmaq istədiyimizi bildirəndə Sabir Behbudov öz təvazökarlığını göstərərək bunları dedi: “Müəllim, düzü mən sizin haradan gəldiyinizi bilmirəm, yazmaq məsələsinə gəldikdə isə mən gərək liseyin direktorundan icazə alım. Liseydə bu işlərə cavabdeh direktordur. Əlbəttə, onun mütləq icazəsi olmalıdır. Bir də ki, şəxsən mən işini sevən, peşəsinə hörmət edən bir adam kimi burada təhsil alan bütün şagirdləri öz övladım qədər sevirəm və onların məsuliyyətini dərk edirəm. Ola bilər ki, valideyn işi ilə əlaqədar gecikə bilər, yolların tıxac olması ilə bağlı gec gələ bilər, mən sona qədər gözləyirəm, uşaqları valideynə təhvil verməmiş evə gedən deyiləm. Bir də axı ay müəllim, mən keçmiş polis işçisiyəm, mühafizənin nə olduğunu gözəl bilirəm və burada da bu işin ideya-təbliğat tərəfi haqqında da öz yoldaşlarıma danışıram...”
Doğrudan da onun iş rejiminə diqqətlə baxanda, bu adamın böyük və mənalı bir həyat yolu keçdiyinin şahidi olursan. Hər səhər onun öz iş yerinə həvəslə, inamla getdiyini görəndə adamın yadına bu misralar düşür: 

Aslan qayıtmasa doğma yerinə, 
Meşələr göz dikər ləpirlərinə. 

Vəli Səmədli, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü