Samirə Əfəndi Azərbaycana qayıdıb - YENİLƏNİB

İsrail və HƏMAS arasındakı toqquşmalar səbəbindən konsert vermək üçün getdiyi paytaxt Təl-Əvivdə çətin vəziyyətlə üzləşən azərbaycanlı müğənni Samirə Əfəndi ailəsi ilə birlikdə Azərbaycana gəlib.

Bu barədə “Report”a sənətçinin yaxınları məlumat verib.

O, bu gün axşam saatlarında baş verənlərlə bağlı yerli mətbuata açıqlama verəcək.

10.06
İsrail və HƏMAS arasındakı toqquşmalar səbəbindən konsert vermək üçün getdiyi paytaxt Təl-Əvivdə çətin vəziyyətlə üzləşən azərbaycanlı müğənni Samirə Əfəndi ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərinə gəlib.

“Report” xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.

“Çox şükür İstanbula çatdıq. Televiziya kanalları vasitəsilə sizi maraqlandıran bütün suallara cavab verməyə çalışacağam. Allah hamını qorusun və səbir versin!”, - müğənni paylaşımında bildirib.

Qeyd edək ki, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb.