Bu il Naxçıvanda 454 yeni iş yeri açılıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 454 daimi yeni iş yeri açılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli rəsmi "X" hesabında paylaşım edib.

İş yerlərinin 47-si dövlət, 407-si özəl sektorun payına düşür. Onlardan 357-si Naxçıvan şəhərində, 50-si Şərur, 30-u Babək, 7-si Ordubad, 5-i Kəngərli və 5-i Şahbuz rayonlarında yerləşir.