Günelin anasına nə olub? - "Allah bizi sınayır"

Müğənni Günel Zeynalovanın anası ilə bağlı paylaşımı diqqət çəkib.

Axşam.az xəbər verir ki, sənətçi problemin nə olduğunu açıqlamasa da, ailəsinin çətin sınaqdan keçdiyini vurğulayıb.

"Səni sevirəm. Anam, ən çox bənzədiyim. Gözlərinə qurban. Hələ mənim toyum var, nəvələrin var. Allah bizi sevir və sınayır. Bu günümüzə çox şükür" deyə, Günel paylaşımında yazıb.