"Azəristiliktəchizat" vətəndaşlarla müqavilə bağlamağa başlayıb

Putinin nüvə portfeli gəzdirməsi ilə bağlı şayiələrin olmasına baxmayaraq, təcavüzkar nüvə şantajı ilə çoxdan həddini aşıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

O qeyd edib ki, Putinin təsir gücü onun hesab etdiyindən qat-qat azdır:

"Putin təkcə nüvə çamadanları deyil, müxtəlif çamadanlar daşıyır. Və bu, onun çox cəsarətli olması ilə bağlı deyil. Bu kontekstdə Ukraynanın daha çox narahat olmağa əsası yoxdur, çünki Rusiyanın terror dövləti və onun nasist hökumətinin istifadə edə biləcəyi bütün silah çeşidi artıq istifadə olunub".