"68 min manat borcum var"

Aktyor Elməddin Cəfərov borcu olduğunu açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Rəngarəng səhər" proqramında danışıb. O bildirib ki, serialında rol alan aktyorların maaşını vermək üçün borca girib:

"Hazırda bank yox, işlə bağlı fərdi borcdur. Planımda yox idi, seriala başladıq, reytinqdə birinci olduq. Bir günün içində bir neçə sponsor çıxdı. Səbəb demədilər. Borc götürdüm ki, işlərim dayanmasın. 68 min borcum var. Sponsor var, amma xərcin ödənməsinə yardım etmir".