Prezidentdən Arif Hüseynovla bağlı - Sərəncam

Arif Hüseynov “Şöhrət” ordeni ilə təltif edilib.

Axşam.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Arif Şahbaz oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif edilib.