Sədərəkdə avtomobil yanıb

Sədərək rayonunda minik avtomobili yanıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, yanğın Sədərək rayonunun Sədərək kəndində qeydə alınıb.

Dərhal hadisə yerinə Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub, minik avtomobilində yanğın dərhal söndürülüb.