Dövlət Xidməti: Bakıda sökülən bina tarixi abidə kimi qeydiyyatda deyil

Bir neçə gündür, sosial mediada Bakıda tarixi binanın sökülməsinə dair iddialar yazılır.
Məsələ əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən bina tarixi abidə kimi reyestrdə dövlət qeydiyyatında deyil.