6 ildir şagirdlərlə dərs dinləyir - FOTO

Məktəbin bütün qaydalarına da əməl edir

Əskişəhərdə məktəb direktoru vəzifə aldığı əvvəlki məktəbdən gətirdiyi "Çakıl" adlı pişik şagirdlərin talismanına çevrilib.

 “Sherg.az” türk mediasına istinadən xəbər verir ki, 6 ildir şagirdlərlə birlikdə dərsə girən “Çakıl” qaydalara da əməl edir. Müəllimlər tərəfindən saxlanılan “Çakıl”a valideynlər də tez-tez yemək gətirirlər.



''Çakıl'' düz  6 ildir şagirdlərlə dərsi müşayiət edir və bəzən partaların üstündə yuxuya gedir.
Məktəb direktoru Kənan Dəmirəlin əvvəlki məktəbindən gətirdiyi pişiyin adına şeirlər yazılır, şagirdlər və müəllimlər ona göz bəbəyi kimi baxırlar.


Sevimli ''Çakıl''  məktəb qaydalarına əməl edir və dərs vaxtı sinifdən çıxmır.