Dövlət Komitəsi: Radikal ekstremist qrupların aradan qaldırılması istiqamətində işlər davam edir

“Azərbaycanda din adından istifadə edən radikal ekstremist qrupların aradan qaldırılması istiqamətində işlər davam edir”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, bütün dinlər bunun əksinə sülhə, əmin-amanlığa çağırır.

"Lakin bu cür hallar var və bunların aradan qaldırılmasında maarifləndirmə işlərinin böyük rolu böyükdür”, - o qeyd edib.