Yemək yeyərkən məqsədimiz bir müddət sonra tox və doymuş hiss etməkdir. Əsas yeməklərdə istehlak edilən bəzi qidalar aclıq müddətini qısaldı Bəs hansı qəlyanaltılar aclığı təmin etməkdə ustadır.
Yeməyin və ya içkinin doyurma gücü onun qidalandırıcı sıxlığından asılıdır. Ümumiyyətlə, yüksək protein, lif, yağ və su tərkibli qidalar insanı daha uzun müddət tox saxlayır. Zülal, yağ və lifin həzm edilməsi daha uzun çəkir. Bu da metabolik prosesi yavaşladır. Həmçinin qida maddələrinin udulmasının gecikməsinə səbəb olur. Bu zəngin qidaları qəbul etdikdən sonra dolğunluq və məmnunluq hisslərinin daha uzun müddət davam etməsinə kömək edir.
Sherg.az həmən qidaları təqdim edir:
1-Fındıq
Fındıq toxluq və məmnuniyyəti artırmağa kömək edir. Bunun səbəbi fındığın tərkibində zülal, sağlam yağ və lif olmasıdır. Buna görə də fındıq bir nömrəli qəlyanaltılardan biridir.
2- Şorba
Şorbaların tərkibində çoxlu sayda maddələr var. Zülal mənbələri, yüksək lifli tərəvəzlər, paxlalılar və bol su ilə əsl yeməkdir. Buna görə aclığınızı bir kasa şorba ilə yatırtmaq yaxşı seçim ola bilər.
3-Yumurta
Yumurta həm zülal, həm də yağ baxımından zəngindir, bu da uzunmüddətli toxluq deməkdir.
4- Popkorn
Popkorn ən yaxşı qəlyanaltı yeməkdir, istər kinoda, istərsə də evdə divanda. Qarğıdalının tərkibi sizi tox tutmaq üçün mükəmməldir. Qəlyanaltıya ehtiyacınız varsa, qarğıdalı sınaya bilərsiniz.
5- Paxla
Paxlalılar, zülal və lifin təsir edici birləşməsi sayəsində sizi çox doymuş hiss etməyə zəmanət verir. İstər əsas yeməklərinizdə, istərsə də salatlarınızda istehlak edərək uzun müddət toxluq hiss edə bilərsiniz.