“Onların bir qismi seçkiyə 3-4 gün qalmış respublikada olacaqlar”
Beynəlxalq aləmin seçkilərə marağı - Rövzət Qasımov
20:05 30.01.2024
Gündəm
393
Rövzət Qasımov: “750 beynəlxalq müşahidəçi artıq seçkilərin müşahidəsi prosesinə rəsmi olaraq qoşulub”
“Onların bir qismi seçkiyə 3-4 gün qalmış respublikada olacaqlar”
“Onların bir qismi seçkiyə 3-4 gün qalmış respublikada olacaqlar”
“Seçki prosesində məntəqələrin tam hazır olub-olmaması barədə soruşulanda biz prosesin yekunlaşmaq üzrə olduğunu deyirik. Əslində, öz prinsiplərimizdən kənara çıxsaq, tam hazırdır deyə bilərik”. Secki-2024.az saytının xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib. Sədr müavini vurğulayıb ki, “məntəqə hazırdır” sözünü bülletenlər məntəqələrdə olduqdan sonra deyirlər: "Çünki bəzi seçki sənədləri beynəlxalq seçki terminologiyası baxımından həssas seçki sənədləri hesab olunur. Həmin seçki sənədləri məntəqədə olanda məntəqələrin seçicilər üçün hazır olduğunu deyə bilirik. Artıq MSK, demək olar ki, nəzərdə tutduğu bütün maarifləndirmə layihələrini yekunlaşdırıb. Müxtəlif seçki iştirakçıları ilə sadəcə 3-4 yekun görüş qalıb. Ümid edirik ki, önümüzdəki həftə ərzində gündəlikdə reallaşmasını gözlədiyimiz addımları atacağıq, bununla da seçki marafonu çərçivəsində öz üzərimizə düşən vəzifələri bitirəcək və seçki günü seçicilərimizə “xoş gəldin” deməyə hazır olacağıq".
Rövzət Qasımov əlavə edib ki, bu seçkiləri digər seçkilərdən fərqləndirən cəhət seçicilərin artıq qalib xalqın mənsubları – seçiciləri olmasıdır: "Bu baxımdan, biz öz aramızda qürurla 7 fevral seçkilərini Zəfər Seçkiləri adlandırırıq. “Əvvəlki seçkilərdə bu sözü işlədə bilməzdik, hətta siz də bu səpkidə sual versəydiniz, bəlkə də utanc hissi ilə bu fikirdən yayınardıq. Bu gün isə böyük məmnuniyyətlə qalib xalqın seçicisi, Zəfər Seçkiləri kimi ifadələri istifadə edirik və bundan da çox məmnunuq. Bu seçkilərə Azərbaycan xalqının böyük marağı olduğunun şahidiyik. Hər kəs həftələrdir ki, seçki həyatı yaşayır. Əlbəttə, bu fikir, məsələlərə otaqdan çıxmadan, öz sosial şəbəkə hesabından gündəlik münasibət bildirən insana bir qədər fərqli gələ bilir. Lakin bunu hiss etmək üçün insanların arasına çıxmaq, onlarla ünsiyyətdə olmaq lazımdır”.
R.Qasımovun sözlərinə görə, təlimlər, treninqlər zamanı insanlar seçki prosesinə ürəklə qoşulur: “Beynəlxalq aləmin seçkilərə marağına gəldikdə isə bu, göz qabağındadır. Onu da qeyd edim ki, beynəlxalq müşahidəçilərin akkreditasiyası daxil olmuş sənədlərə əsasən aparılır. Bu günə qədər emal olunmuş məlumata əsasən, ümumilikdə 61 qurum və 88 ölkənin təmsilçiləri olan 750 beynəlxalq müşahidəçi artıq seçkilərin müşahidəsi prosesinə rəsmi olaraq qoşulub. Bu da yüksək bir göstəricidir. Onların bir qismi seçkiyə 3-4 gün qalmış respublikada olacaqlar. Nəzərə almaq lazımdır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 236 nəfərlik heyəti də bu siyahıda öz əksini tapır, eyni zamanda ATƏT Parlament Assambleyasının 94 nəfər nümayəndəsi də müşahidəçilər qrupuna qoşulub. Bundan başqa, müşahidə prosesində Türk Dövlətləri Təşkilatının Parlamentlərarası Assambleyası böyük nümayəndə heyəti ilə iştirak edir. Digər bir qrup Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasıdır ki, onların və ATƏT-in uzunmüddətli müşahidəçiləri yanvar ayının əvvəllərindən seçkilərə hazırlıqla bağlı müşahidələrə başlayıblar. Bu hələ son rəqəm də deyil, təbii ki, artacaq. Ümumilikdə, bu qədər şəxsin seçkilərdə iştiraka meyilli olması beynəlxalq aləmin marağının təcəssümüdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm
Azərbaycan Mərkəzi Asiya ilə yeni güc xətti qurur - ŞƏRH
17:18 09.10.2026
Gündəm