Toy 2 gün 2 gecə davam etdi! Gəlinə 2 kilo qızıl, bəyə isə 2,7 milyon lirə yığılıb

Şırnakın Beytüşşebap rayonunda Cirki tayfasının liderlərindən Cəmil Ötərin qardaşı Özcan Öter (27) ilə Merve Akpınar (23) 2 gün 2 gecə davam edən toyla evlənib. Təxminən 5 min qonağın iştirak etdiyi toyda gəlinə 2 kilo qızıl, bəyə isə 2 milyon 750 min lirə verilib.
Sherg.az xəbər verir ki, Beytüşşebap rayonundakı Cirki tayfasının başçılarından Cəmil Ötərin qardaşı Özcan Öter və Merve Akpınar 2 gün 2 gecə davam edən toyla evləniblər. 


350 kilo ət hazırlanıb süfrəyə verilən toyda yerli geyimli qonaqlar türk və kürd mahnıları, atəşfəşanlıq sədaları altında halay rəqsi oynayıblar.

Metrlərlə uzanan kəndir zənciri də havadan görüntülənib. Toyda gəlinə 2 kilo qızıl, bəyə isə 2 milyon 750 min lirə verilib. 


Toyda rayon protokolu, siyasi partiyaların nümayəndələri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ətraf tayfaların başçıları da iştirak ediblər.

Cirki tayfa başçılarından Cəmil Ağa kimi tanınan Cəmil Ötər toyda toplaşan izdihamla bağlı "Həm toyda, həm də başsağlığında birlik, həmrəylik ruhu keçmişdən gələn bir mədəniyyətdir. Gələ bilməyənlərin təbrik mesajları bu günə qədər sayıla bilməz. Məni müşayiət edən hər kəsə təşəkkür edirəm" deyə bildirib.


Bəyin digər qardaşı Mehmet Salih Öter isə "Toyumuz çox yaxşı keçdi. İştirak edən bütün qohumlarımıza, tayfalarımıza və qonaqlarımıza təşəkkür edirik" deyib. Bəyin qardaşı oğlu Fevzi Öter də təbriklərini belə çatdırıb:
"Gözəl arzularını və zinət əşyalarını göndərən bütün dost və qohumlarımıza təşəkkür edirik. Cütlüyümüzə 2 milyon 750 min TL və 2 kilo zinət əşyası bağışlandı".