
"Çalışmaq lazımdır ki, bu istilərdə sağlamlığımıza zərər verməyək" - Ekoloq
Yusif Nəzərli
13:32 18.06.2024
Aktual
768
Sabah Bakı və Abşeronda küləkli hava üstünlük təşkil edəcək
İyunun 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər və gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.

Ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, iyun bizim yerləşdiyimiz qurşaqda yayın ilk ayıdır.
“İyun ayının isti keçməsi xarakterikdir. Lakin bəzən isti yay ayında daxil olan isti hava kütlələri havanı bir az da isindirir. Ölkəmizə əsən cənub və cənub- şərq küləkləri havaların isti və quraq keçməsini stimullaşdırır. Sabah bildiyim qədərilə Bakı və Abşeronda küləkli hava üstünlük təşkil edəcək. Bu istilərdə çalışmaq lazımdır ki, sağlığımıza zərər verməyək. Birincisi, sabah saatlarında saat 10:00 - 10:30-dan sonra açıq Günəş altında olmamağa çalışaq. Günəş altında olmaq məcburiyəti varsa, çətir, ağ və ya tünd olmayan baş örtüklərindən yararlanılsın.
Axşamüstü isə saat 17:30- dan sonra havaya çıxmaq tövsiyyə olunur. Yetər ki, çılpaq baş və bədənlə gün vurmasına məruz qalmayaq. Sağlığımıza diqqət edək. Çevrəni çirkləndirməyək.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial
Peskov: Ukrayna üçün vəziyyət günü-gündən pisləşir
15:16 22.09.2026
Dünya
Azərbaycan İrana uçuşları dayandırıb?
14:53 22.09.2026
Aktual
İranı parçalamaq üçün etnik plan işə salındı
14:41 22.09.2026
Dünya