Xətaidə qaz olmayacaq

Xətai rayonu, 8 Noyabr prospektində qaz xəttində aparılacaq təmir işləri məqsədi ilə 12.07.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Cavanşir, Kombinat, Ramiz Quliyev küçələrinin və 8 Noyabr prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.