Aqil Abbas şəhid ailəsindən XEYİR-DUA ALDI - FOTOLAR

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Ağcabədi rayonunun Hindarx qəsəbə sakini Dilsuz Qarayevin ailəsini ziyarət edib. Deputatlığa namizəd şəhid ailəsi ilə səmimi söhbət edib, onların xeyir-dualarını alıb.

Aqil Abbas Dilsuz Qarayevin vətənpərvərliyindən, cəsurluğundan, Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqdan bəhs edib. Bildirib ki, Dilsuz kimi Vətən oğullarının sayəsində əldə edilmiş qələbə silahlı qüvvələrin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradaraq böyük Zəfərin başlanğıcını qoydu.Şəhid ailələri başımızın tacıdır. Onların dəstəyi mənim üçün mənəvi anlamda ən önəmli dəstəkdir. Bundan sonra da onların dəstəyinə layiq ola bilmək üçün əlimdən gələni edəcəyəm.

Şəhidin anası Cəvahir Hacıyeva qəhrəman övladının qısa, ancaq şərəfli ömür yolundan danışıb.

Çay süfrəsi arxasında Aqil Ababsın şəhid ailəsi ilə söhbəti çox səmimi və yaddaqalan olub. Hətta şəhid ailəsinin başçısı Aqil müəllimlə söhbət zamanı dedi ki, mən heç kəslə belə ürək söhbəti etməmişdim. Aqil müəllim də həmişə şəhid ailələrinin yanında olacağını bildirib. Bu görüşdən şəhid ailəsinin başçısı Məmmədağa müəllim çox razı qalıb, səmimi yaddaqalan görüşə görə Aqil Abbasa öz təşəkkürünü bildirib.