Astroloq 14-28 avqustla bağlı xəbərdarlıq etdi: qarşıdurmalar olacaq, pulunuzu...

Vacib planet birləşməsi qüvvədədir. Avqustun 14-də Mars və Yupiter sabit ulduz Rigel ilə birlikdə olacaq.

Bu barədə astroloq Hande Kazanova sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, intellektual münaqişələrə qarşı diqqətli olmaq lazımdır:

“Hər kəsin öz ağlına görə hərəkət etdiyi, bir-birinə hücum etdiyi bir dövrdəyik. Qəzalar arta bilər. Bu dövrdə dünyanı qızışdıracaq döyüşlər, mübarizələr, qarşıdurmalar baş verə bilər. Ödənişlər, xərclər arta bilər. Maliyyə bazarlarında da enişlər ola bilər. Şou-biznesdə qalmaqallar gözlənilir. Valyuta ilə bağlı məsələlərdə diqqətli olmaq faydalıdır. Pulu təhlükəsiz yerlərə yatırın və riskli vəziyyətlərdən qaçın. Liderlərin və siyasətçilərin həyatında mühüm hadisələr baş verə bilər”./Publika.az