HƏMAS döyüşçüləri israilli girovları güllələdi: Ölən və yaralananlar var

Fələstinin radikal HƏMAS hərəkatının döyüşçüləri israilli girovları güllələyiblər, nəticədə ölən və yaralananlar var.

Oxu.Az-ın "Kommersant"a istinadla məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam" Briqadasının rəsmi nümayəndəsi Əbu Ubeydə bəyan edib.

Onun sözlərinə görə, İsrail girovlarının mühafizəsinə cavabdeh olan iki döyüşçü onlardan birini öldürüb, digər ikisini isə ağır yaralayıb.

"Yaralıların həyatını xilas etmək üçün tədbirlər görülür, hadisənin təfərrüatını araşdırmaq üçün komissiya yaradılıb, nəticələr daha sonra açıqlanacaq", - deyə mənbədən bildirilib.

İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın bəyanatına şərh verərək qeyd edib ki, onlarda bu məlumatı təsdiqləmək və ya təkzib etmək üçün məlumatları yoxdur.

"Biz məlumatı yoxlamağa və təhlil etməyə davam edəcəyik, hər hansı yeni məlumat barədə xəbər verəcəyik", - deyə SAXAL-dan bildirilib.