Rusiya 32 hədəfə nüvə zərbəsi endirəcək

Rusiya donanması NATO ilə münaqişə vəziyyətində Avropanı nüvə başlıqlı raketlərlə vurmaq üçün təlim keçib.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” 2008-2014-cü illəri əhatə edən məxfi sənədlərə istinadla məlumat yayıb.

Sənədlərdə Fransanın qərb sahili və Norveçin Bergen şəhərindəki dəniz bazası da daxil olmaqla, 32 hədəf qeyd edilib. Nüvə silahlarının münaqişənin ilkin mərhələlərində istifadə edilməsi planlaşdırılırıb.