Sosioloq od püskürdü: Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram

“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.
Qafqazinfo xəbər verir ki, sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.
Polisdə aparılan istintaqla ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb.
Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “TikTok” əməliyyatı ilə bağlı bir neçə nəfər saxlanılıb.
Cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

Sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirib ki, qonşu ölkələrin təcrübəsindən də qara işlərin arxasında olan insanlar daha çox tanınandan sonra öz əməllərini ortaya qoyduqları müşahidə edilir:

“Azər Zahidi əvvəl televiziya məkanında tanıyırdıq. Sonradan televiziyadan yoxa çıxdı. Yenidən qayıdanda isə sosial şəbəkələrdə gördük. Sosial şəbəkələrdə isə onun əxlaqsızlıq yayan verilişlərin çəkib insanlara təqdim etməsinin şahidi olduq. Hər zaman bir hadisə digər hadisənin doğmasına səbəb olur. Çoxsaylı şikayətlərin nəticəsitəbii ki, belə də olmalı idi. Ölkədə kim nə ilə məşğul olursa, harada, hansı hadisə baş verirsə, hüquq mühafizə orqanlarının gözündən qaça bilməz. Ümumiyyətlə Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram. Birinci və İkinci Vətən müharibələrində 10 yaşında olan oğullarımız sinəsini erməni gülləsi qarşısına verərək şəhid və qazi olublar. Bizim bu cür igid oğullarımızın qarşısında belə kişilərin olması utancvericidir. Onlar öz törətdikləri cinayətə görə cəzalarını almalıdırlar”.