
Qərbi Zəngəzurdakı yurd yerlərimizə də qayıdacağıq! - MİLLƏT VƏKİLİ
Yusif Nəzərli
03:10 07.03.2025
Region
691
Dəhliz boyunca da uzun əsrlər kimlərin yaşadıqlarını Paşinyan çox gözəl bilir
"Nikol Paşinyan faktiki olaraq Zəngəzur dəhlizinin açılması üçün zəmin hazırlayır". Bu sözləri erməni ekspert Vahe Davtyan yerli mediaya müsahibəsində deyib. O bildirib ki, Paşinyanın son açıqlaması göstərdi ki, Ermənistan dəhlizi açmağa hazırdır: "O başqa məsələdir ki, regionda İran İslam Respublikası adlı bir aktor var. İran Zəngəzur dəhlizini siyasi məsələ hesab edir. Ona görə də İran Zəngəzur dəhlizinin açılması perspektivinə qarşı çıxır". Davtyan iddia edib ki, Fransa da uranın nəqli üçün Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: “Fransa Afrika qitəsini, o cümlədən uran əldə etmək imkanını itirdi. Bundan sonra Makron Mərkəzi Asiyaya səfər edərək, həmin ölkələrin rəhbərləri ilə uran idxalı məsələsini müzakirə etdi və onun idxalını Orta Dəhliz marşrutu məntiqi çərçivəsində qəbul edib. Bununla yanaşı, Fransa nadir metallara marağını gizlətmir. Bu kontekstdə Orta Dəhliz Fransa üçün son dərəcə əhəmiyyətli olur. Paris buna görə nəqliyyat marşrutları axtarır və onlardan biri də Zəngəzur dəhlizidir”.
Millət vəkili Sahib Alıyev "Sherg.az"a açıqlamasında bildirib ki, Nikol Paşinyan da, Ermənistanla "min illik sərhəd"dən dəm vuranlar da Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycanla əlaqələrdən bəhs edərkən müdafiə sahəsini nədən birinci yazdığının fərqindədirlər. Deputat vurğulayıb ki, ermənilər anlamamış deyillər ki, regional sülhə yönəlik hər cür layihələr deyərkən ilk növbədə Zəngəzur kommunikasiya dəhlizi nəzərdə tutulur:

"Naxçıvan-İğdır qaz kəmərinin işə düşməsi, Qars-Naxçıvan dəmir yolunun çəkilişi üçün hazırlıqlara başlanması Azərbaycanın sadəcə bir bölgəsi ilə Türkiyə arasında əlaqələr üçün deyil. Mən burada İğdır-Naxçıvan qaz kəmərini heç də səbəbsiz "Naxçıvan-İğdır" kimi təqdim etmirəm. Fikrimcə, gələcəkdə bu kəmərlə İğdırdan Naxçıvana deyil, Naxçıvandan İğdıra qaz ötürüləcək. Naxçıvana isə o qaz Zəngəzur dəhlizindən keçməklə çatdırılacaq. Zəngəzur dəhlizinin İrandan keçən Arazboyu yolla eyni şərtlər çərçivəsində fəaliyyət göstərə biləcəyini deyən Ermənistan Baş naziri N.Paşinyan bir neçə reallığı unudur ki, onlardan da biri azərbaycanlı faktorudur. İrandan keçəcək yolun dörd bir tərəfində ancaq bizim soydaşlarımız yaşayır. Zəngəzur dəhlizi boyunca da uzun əsrlər kimlərin yaşadıqlarını Paşinyan çox gözəl bilir. Bilmirsə, yetirməsi olduğu Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-dəki çıxışına bir də qulaq assın. O, Ermənistanın keçmiş prezidentinin yurdlarından didərgin saldıqlarını fəxrlə bildirdiyi Qərbi azərbaycanlıların geri dönmələrinə razıdırmı? Bu suala veriləcək cavab aydındır. Açığı, bizim üçün elə də önəmli deyil. Çünki Zəngəzur dəhlizi mütləq işə düşəcək. Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi Qərbi Zəngəzurdakı yurd yerlərimizə də qayıdacağıq!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət