3 saylı uşaq evində araşdırmalar başladı
Yusif Nəzərli
13:55 07.04.2023
Cəmiyyət
419
Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də 3 saylı uşaq evində baş verən olaylardır. 73 yaşlı direktor Məhbubə Hüseynovanın ölçüyə və əndazəyə sığmayan əməlləri ictimaiyyətin sərt qınağına tuş gəlib.
Halbuki, direktorun uşaq evinin sakini M.H. ilə aralarında baş verən insident ilk hadisə deyil.
73 yaşlı Məhbubə Hüseynovanın qanunsuz əməlləri ilə bağlı Bizim.Media hələ ötən il həyəcan siqnalı verib, onun törətdiyi əməllərlə bağlı foto-videofaktları ictimaiyyətə təqdim edib.
Hələ 2022-ci ilin 16-17 iyul 2022-ci il tarixlərində saytda dərc olunan yazılarda uşaq evində baş verən qanunsuzluqlar və özbaşınalıqlar barədə faktların dili ilə ətraflı söhbət açılmışdı.
Lakin bütün səsləndirilən faktlara rəğmən, 73 yaşlı direktor barədə ciddi cəza tədbirləri görülmədi. Nəticədə isə ötən həftə uşaq evində daha bir özbaşınalığa ölkə şahidlik etdi. 17 yaşlı oğlanı davranış pozuntusu səbəbilə psixiatriya xəstəxanasına yerləşdirən direktor etdiyi hərəkətlərdən vicdan əzabı çəkmək əvəzinə mətbuata bəyan etdi ki, “M.H. psixi xəstədir, onun burada yeri yoxdur”.
Halbuki, M.H.-nin yerləşdirildiyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov müayinədən sonra bildirdi ki, M.H.-nin heç bir psixi pozğunluğu yoxdur.
Bu açıqlama Əməkdar həkimə çox baha başa gəldi. Bu çıxışın ertəsi günü səhiyyə nazirinin əmri ilə Ağahəsən Rəsulov vəzifəsindən azad edildi. Baş həkimin fikirlərinə görə yox, yaş həddinə görə işdən çıxarıldığı deyilsə də, bu, əksəriyyətə inandırıcı gəlmədi.
Çünki həqiqətən də, pensiya yaşına görə işdən çıxarılırsa, onda 73 yaşlı Məhbubə Hüseynova niyə toxunulmaz qalır?
Doğrudur, ötən gün “olmaz” deyən Məhbubə Hüseynova bəzi olacaqlarla razılaşdı. M.H. yenidən məktəbə qayıtdı. Direktor hətta bu “psix” uşaqla kameralar qarşısında çox mehriban pozalar da verdi. Amma hələ ki 3 saylı uşaq evində dəyişən bir şey yoxdur.
Amma deyəsən, yaxın günlərdə nələrsə dəyişəcək...
Belə ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirilib ki, baş vermiş son olaydan sonra uşaq evində müvafiq qurumların iştirakı ilə komissiya işə başlayıb. Komissiya uşaq evinin bütün fəaliyyət istiqamətlərini araşdırır. Araşdırmanın nəticələri isə yaxın 10 gündə ictimaiyyətə açıqlanacaq.
İdarənin verdiyi açıqlamadan aydın olur ki, 73 yaşlı Məhbubə Hüseynovanın taleyinə də bu ayın sonuna qədər aydınlıq gətiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya