Sabahdan qatarların hərəkətində gecikmələr ola bilər

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-dən etibarən Abşeron dairəvi dəmir yolu xətti və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr müşahidə oluna bilər.

Bu barədə Sherg.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

"Yarana biləcək müvəqqəti narahatlığa görə sərnişinlərdən anlayışlı olmaları xahiş olunur",- məlumatda qeyd olunub.