32 il kinderlərdən çıxan fiqurları topladı
Yusif Nəzərli
22:20 27.01.2023
Cəmiyyət
697
Onun kolleksiyasında indi 15 min oyuncaq fiqur var
Uşaqların təkidlə analarından “kinder sürpriz” istədiyi zamanlar artıq keçmişdə qalıb. Uşaqlar üçün kinderin özündən (şokoladdan) daha çox, içindən nə çıxacağı maraqlı idi. O zamanlar şokoladlı yumurtadan çıxan kiçicik oyuncaqları, fiqurları toplayanlar da az deyildi. Serbiyalı Radivoj Dado Juhik isə kinderlərdən çıxan fiqurları tam 32 il ərzində toplayıb və hazırda onun kolleksiyasında 15 min oyuncaq fiqur var.
Kolleksiyada ən müasir film və cizgi filmləri qəhrəmanları ilə yanaşı, 1980-ci illərin populyar uşaq qəhrəmanlarının fiqurları da toplanıb. Təkcə uşaqların deyil, böyüklərin də maarqla izlədiyi film qəhrəmanları - Donald Duck, Asteriks, Hörümçək adam (Spiderman), “Buz dövrü” qəhrəmanları, çirkin ördək balası, Maşa və Ayı seriyasından çox sayda fiqurlar var. “Şərq” “NTV,com.tr-yə istinadən bildirir ki, serb kolleksiyaçı fiqurları 1991-ci ildən toplamağa başlayıb. Onu bu işə sövq edənsə “Asteriks” filminin nümayişi olub.
Filmdəki xarakterləri çox bəyənən Juhik “Asteriks” seriyasından fiqurlar toplayıb. Sürpriz yumurtaların içindən çıxan başqa fiqurları da toplayıb və nəticədə böyük bir kolleksiya əmələ gəlib. Əvvəlcə fiqurları servantda görünən yerdə saxlayan serb, fiqurlar çoxaldıqca onlara daha geniş vitrin düzəldib. Kolleksiyaçı deyib ki, bütün fiqurlar vitrinə də sığmır, qutularda qalanlar da var. Juhik Yaponiya, Çin, Meksika və Avropa ölkələrində istehsal edilmiş oyuncaqlara sahibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq