
AİB sədri: Zəhərlənmələrin sayını azaltmaq üçün bu qanun dəyişdirilməlidir
15:00 11.09.2024
Cəmiyyət
693
"Zəhərlənmələrin sayını azaltmaq üçün ilk növbədə qanunlara fikir vermək lazımdır".
Bunu "Sherg.az"a Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib.
AİB sədri söyləyib ki, qanunlarda dəyişiklik olmalıdır:

"Ölkədə istehlakçıların hüquqlarının müdafiəsi haqqında 1995-ci ildə qanun qəbul edilib. Hazırda isə qanun köhnəlib. Bu qanunu yerinə yetirən dövlət orqanı isə illər boyu fəaliyyətsiz qalıb. Çox yaxşı haldır ki, 10 gün bundan öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidməti Prezident yanında agentliyə çevrilib. Bundan sonra onların istehlakçı hüquqlarını daha mükəmməl qoruyacağını və qanunda dəyişiklik ediləcəyini gözləyirik. Ümumiyyətlə istehlakçı hüquqlarının qorunması ilə biznesin inkişafı siyasəti bir yerdə ola bilməz. Həmin qurumun İqtisadiyyat Nazirliyindən çıxarılması vacib idi. Çünki ölkədə biznesin inkişafı ilə istehlakçı hüquqlarının qorunması siyasəti bir birinin əksinə yönəlmiş siyasətdir. Digər tərəftdən biznesin inkişafı siyasətini dövlət inkişaf etdirir, istehlakçı siyasəti isə arxa planda qalıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsasnaməsində dəyişiklik olmalıdır".
E.Hüseynov əlavə edib ki, ölkədə biznesə toxunulmazlıq siyasəti yeridilir:
"Biznesə ərkəsöyün obraz yaradılıb. Yəni onları yoxlamaq olmaz. Bu qida məsələsində müstəsna olmalıdır. Qida agentliyinin də əsasnaməsi dəyişdirilməlidir. Onların cəld yoxlama mexanizmi işləməlidir ki, istənilən yerə müdaxilə edə bilsin. Təəssüf ki, onların əlləri qolları bağlıdır. Hökumət qida məsələsində bu siyasəti dəyişməlidir. AQTA ictimaiyyətlə sıx əlaqədə işləməli və ictimaiyyət AQTA nı daim məlumatlandırmalıdır. Çox təəssüf ki, AQTA bu işlərin öhtəsindən gələ bilmir. Bahalı labaratoriyalar qururlar, akkreditasiyalar edirlər. Hər mövsümün öz malları var. Təklükəli və riskli mallar da mövcuddur. Yəni onlar risk altındadır. Məsələn, göbələk, balıq və toyuq məhsulları riskli kataqoriyaya aiddir. İnsanlar istilik təsirinə məruz qalmış bu kimi mallardan uzaq olmalıdırlar. Əhalinin evdə şoraba hazırlama mədəniyyətsizliyi var. Bu mədəniyyətsizliyə son qoyulmalıdır. Hətta evdə hazırlanan şorabalar mağazalarda belə satılır. Bu məsələ həll edilərək, Azərbaycandan yox olmalıdır. Kim şoraba istəyirsə, sənaye üsulu ilə hazırlanmış təhlükəsiz şorabalardan istifadə etsin. Bu halda zəhərlənmələr xeyli azala bilər. AQTA sənəd müəyyən etməlidir ki, istehlakçılar ona baxaraq malın təhlükəsiz olduğunu görsünlər. Təəssüf ki, elə sənəd yoxdur. Keyfiyyətə heç kəs nəzarət etmir. Lakin AQTA keyfiyyətə də nəzarət etməlidir. Çünki təhlükəli mal insanı bir anda öldürür, keyfiyyətsiz mal isə tədricən ömrü qısaldır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi