Aparıcı: “Qapanmalara getməliyik, deyən hər kəs sussun”
Yusif Sultanoğlu
12:50 29.03.2021
Cəmiyyət
669
“Qapanmalara getməliyik, sərt karantin rejimi bərpa olunmalıdır və s. deyən hər kəs sussun, getsin özünü qapatsın!”
“Sherg.az” xəbər verir ki, bu sözləri Feysbuk səhifəsində tanınmış aparıcı Turan İbrahimov yazıb. O fikirlərinə bunları da əlavə edib:
“Düz bir ildir, qapanmışıq, uğursuz nəticə göz qabağındadır. Demək ki, tədbirli şəkildə, normal həyat tərzini davam etdirməklə bu, zəhrimar virusla mübarizə metoduna keçmək lazımdır. Dövlət öz tədbirini görsün, amma məsuliyyəti cəmiyyətlə də bölüşsün.
Qapanmaq virusdan qoruya bilər, lakin işsizliyin, yoxsulluğun, çarəsizliyin və bekarçılığın yaratdığı mənəvi, psixoloji problemlərin əsas səbəbidir. Nəticəsi isə virusdan qat-qat ağır və dağıdıcıdır. Cəmiyyət üçün də, elə dövlətin özü üçün də.
Sərt karantin rejiminə getmək, qapanmalar çarə deyil, olmayacaq da. Bir daha vurğulayıram. İnsanlar bu virusla, məsuliyyəti öz üzərinə götürərək yaşamağı öyrənməlidirlər. Hətta, artıq öyrəniblər. Dövlət isə gedişatı izləyib öz tədbirlərini görməlidir. Virusa yoluxanların sürətli və effektiv müalicəsini təşkil etməlidir, peyvəndlənməni davam etdirməlidir. Başqa çıxış yolu yoxdur!
Yox, Operativ Qərargah qapanmalara gedəcəksə, onda dövlət də zəhmət çəkib növbəti dəfə əlini cibinə salsın. Orta və kiçik biznesə real dəstək olsun, maddi sıxıntı çəkən hər bir vətəndaşın minumal xərclərini, birbaşa, qeydsiz-şərtsiz ödəsin. Yox, bu mümkün deyil, dövlətin yükü həddindən artıq çoxdur deyiriksə, o zaman insanları rahat buraxmaq, işləyib özünü dolandırmasına şərait yaratmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region
Qahirədə Ərdoğan və Sisi arasında təkbətək görüş keçirildi
16:54 04.02.2026
Dünya
Zaxarovadan Türkiyəyə çağırış: Onlara mane olun!
16:53 04.02.2026
Gündəm
İsrailin elmi nailiyyətləri Azərbaycana yol açır - Ekspert
16:48 04.02.2026
Texnologiya
Sosial problemlər uşaqları müdafiəsiz qoyur - Mehriban Zeynalova
16:36 04.02.2026
Cəmiyyət
Rusiyadan açıq müharibə mesajı: Bu ölkələri hədələdilər
16:18 04.02.2026
Dünya
20 Yanvar dairəsində xaos yaşanır - EKSPERT
16:11 04.02.2026
Aktual