Aqrar sektor rəqəmsallaşır: “Ciddi ehtiyac var idi”
Banuçiçək Kalbalıyeva
09:19 28.05.2021
Cəmiyyət
491
“Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun rəqəmsallaşması istiqamətində növbəti addım atıb. Nazirliyin Aqroservis qurumu AgroUber rəqəmsal həllini təqdim edib”.
Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı:
“Hazırda aqrar sektorun bu tip rəqəmsal həllərə ciddi ehtiyacı var. Özüm də son illərdə intensiv və "ağıllı bağçılıq"a diqqət yetirdiyimdən bu sektorun problemləri ilə daha yaxından tanışam. Nazirliyin indiyədək ortaya çıxardığı Elektron Kənd Təsərrüfatı İnformasiya sistemi -eAgro sistemi daha çox Nazirliyin öz daxili fəaliyyətini qurmağa, Nazirliyə effektiv qərarlar qəbul etməyə kömək edirdi. Yeri gəlmişkən, bu resursun özünün təkmilləşdirilməsinə ciddi ehtiyac var; sistemin yenilənməsi ləng aparılır, qanunvericilikdəki dəyişikliklər burada öz əksini gec tapır, bəzən müşahidə edirik ki, sistemdəki elektron müraciətdən yerli DAİM qurumların ümumiyyətlə, xəbəri olmur. Aqrar prosesin birbaşa iştirakçılarına , fermerlərə, aqrar mütəxəssislərə və işçilərə fayda verəcək rəqəmsal resurslar isə indiyədək hazırlanmamışdı. AgroUber rəqəmsal həlli isə məhz birbaşa proses iştirakçılarına yönəlib, resurs müxtəlif aqroxidmətlər üzrə fermerlər və mexanizatorlar arasında onlayn platforma üzərindən əlaqələndirməni təmin edəcək”.
O.Gündüz layihəni belə qiymətləndirdi:
“Bu resursla fermer istənilən mövsümdə müvafiq aqrotexniki xidmətlər üzrə axtarış aparmaq imkanı qazanır. Proqram fermerin seçiminə uyğun olaraq mexanizatoru təyin edir və sifarişi formalaşdırır, fermerlərin birbaşa mexanizatorlara çıxışı təmin edilir və vahid mexanizator bazası formalaşdırılır. AgroUber-lə ilkin tanışlığımda belə qənatə gəldim ki, resursun təkmilləşdirilməsinə, ciddi tanıtım və marketinq işlərinin təşkilinə, hər bir fermerin telefonunda bu resursun olması və datanın formalaşması üçün, rəqəmsal savadlılığın artırılması üçün Nazirliyin yerli DAİM və digər qurumları tərəfindən dəstək tədbirlərinin aparılmasına ciddi ehtiyac var. Kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində Nazirliyin və onun digər tabeli qurumlarının atdığı addımlar təqdirə layiqdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə