AQTA-dan Yeni il hədiyyələri ilə bağlı - XƏBƏRDARLIQ
18:28 29.12.2023
Cəmiyyət
803
İstehlak bazarına nəzarət və bayram günlərində əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə ölkədə fəaliyyət göstərən bir çox ticarət şəbəkəsində satışı həyata keçirilən Yeni il hədiyyə qutuları ilə bağlı monitorinq aparılıb.
Sherg.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, monitorinqlər çərçivəsində bu vaxtadək 299 sahibkarlıq subyektində 4220 məhsula baxış keçirilib. Yoxlamalar zamanı müəyyən olunan uyğunsuzluqlar əsasən məhsulları qablaşdıran müəssisələrin qida təhlükəsizliyi qeydiyyatından keçməməsi, qutuların üzərində qablaşma, məhsulun üzərində son istifadə tarixi barədə məlumatların yazılmaması, markalanmanın olmaması və yaxud düzgün aparılmaması və digər hallarla bağlı olub.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar Agentliyin Bakı regional bölməsi tərəfindən 17 sahibkarlıq subyektindən 403, Qazax-Tovuz regional bölməsi tərəfindən 14 sahibkarlıq subyektindən 789, Dağlıq-Şirvan regional bölməsi tərəfindən 13 sahibkarlıq subyektindən 654, Mil-Muğan regional bölməsi tərəfindən 10 sahibkarlıq subyektindən 158, Mərkəzi Aran regional bölməsi tərəfindən 4 sahibkarlıq subyektindən 62, Qarabağ regional bölməsi tərəfindən 7 sahibkarlıq subyektindən 43, Gəncə-Daşkəsən regional bölməsi tərəfindən 3 sahibkarlıq subyektində 140, Şəki-Zaqatala regional bölməsi tərəfindən 1 sahibkarlıq subyektində 60, Şirvan-Salyan regional bölməsi tərəfindən 3 sahibkarlıq subyektində 171, Quba-Xaçmaz regional bölməsi tərəfindən 2 sahibkarlıq subyektində 45, Abşeron-Xızı regional bölməsi tərəfindən 4 sahibkarlıq subyektində 85 qutu məhsul satışdan kənarlaşdırılıb.
Hazırda Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər davam etdirilir.
AQTA bir daha vətəndaşları ticarət şəbəkələrindən Yeni il hədiyyə qutuları alarkən diqqətli olmağa çağırır. Eyni zamanda hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələri yarandığı təqdirdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş edilir.
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə