Avtobus marşrutları müsabiqəyə çıxarılır
Yusif Nəzərli
13:25 07.04.2023
Cəmiyyət
487
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Xudat-Bakı, Bakı-Xaçmaz-Bakı, Bakı-Nabran-Bakı, Bakı-Quba-Bakı, Bakı-Şabran-Bakı şəhərlərarası, eləcə də Mingəçevir 5 və 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
“APA-Economics” xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar tələb olunan sənədləri aprelin 27-si saat 17:00-dək, ixtisas məlumatlarını isə mayın 18-i saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5, əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: ramil.musayev@ayna.gov.az) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Xudat-Bakı istiqamətində 5 Lot üzrə mayın 19-u, Bakı-Xudat-Bakı və Bakı-Xaçmaz-Bakı istiqamətlərində 5 Lot üzrə mayın 23-də, Bakı-Xaçmaz-Bakı və Bakı-Nabran-Bakı istiqamətlərində 5 Lot üzrə mayın 26-da, Bakı-Nabran-Bakı, Bakı-Quba-Bakı istiqamətlərində, eləcə də Mingəçevir 5 və 12 nömrəli avtobus marşrutları 5 Lot üzrə mayın 30-da, Bakı-Quba-Bakı və Bakı-Şabran-Bakı istiqamətlərində 5 Lot üzrə iyunun 2-də müsabiqə keçirilən zaman açıqlanacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.
Şəhərlərarası və şəhərdaxili marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya