“Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb” - SOSİOLOQ
Fidan Həmişəyeva
07:50 06.09.2019
Cəmiyyət
864
Azərbaycanlı xanımların Türkiyə vətəndaşları ilə evlənməsi halı artıb. Statistik göstəricilərdə qeyd olunur ki, 2019-cu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayanlar arasında 1.013 nikah bağlanıb.
Rəsmi məlumata görə, əcnəbilərlərlə nikaha daxil olanlardan 544-ü azərbaycanlı qadınlar, 469-u isə azərbaycanlı kişilərdir.
Məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşı olan qadınlar əsasən Türkiyə, Rusiya Federasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha üstünlük verirlər.
Görəsən, azərbaycanlı xanımların başqa vətəndaşlarla, xüsusilə türklərlə nikaha maraq göstərmələrinin səbəbi nədir?
Ölkəmizdə ailə dəyərlərinə qarşı münasibətin dəyişdiyini deyən sosioloq-alim Əhməd Qəşəmoğlu “Sherg.az”a bildirdi ki, Azərbaycan ailəsi 30-40 il bundan öncəki ailə deyil.
Sosioloq qeyd edib ki, əvvəllər ailə qurularkən üstünlük verilən dəyər və prinsiplər başqa idi:
“Qabaqlar insanlarımız öz ölkəsinin vətəndaşı ilə ailə qurmağa üstünlük verirdi. Amma get-gedə ölkədə iqtisadi vəziyyət çətinləşdi. Lakin əcnəbilərlə ailə qurmaq tək iqtisadi vəziyyətlə bağlı deyil. Çünki ölkədə tarix boyu iqtisadi durumun çox çətin olduğu vaxtlar olub. O zaman xanımlar başqa ölkə vətəndaşları ilə ailə qurmurdular.
Ümumən ölkədə baş verən mənəvi proseslər azərbaycanlı xanımların əcnəbilərlə evlənməsinə şərait yaradır. Yəni, ailə institutunun vəziyyəti və ailəyə olan münasibətlər dəyişib. Sürətlə qloballaşma gedir, dünya haqqında təsəvvürlər dəyişib. Əvvələr insanlarımız təsəvvür edə bilmirdilər ki başqa ölkədə necə yaşamaq olar. İndi isə bütün gün televiziya və sosial şəbəkələri izləyirlər, Türkiyəni də öz evləri kimi görürlər. Hətta Azərbaycan kanallarına yox məhz türk kanallarına baxırlar”.
Ə.Qəşəmoğlu bildirib ki, Türkiyədəki vəziyyət daha stabildir və insanların həyat səviyyəsi ölkəmizə nisbətən daha rahatdır:
“Digər faktor isə budur ki, qızlarımızda romantik hisslər güclənib. Çıxıb getmək, başqa ölkələri, dünyanı görmək və orada yaşamaq istəyirlər. Ətrafda baş verənlər də buna böyük təsir göstərir.
Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb. İnsanlar görür ki, burada evlənənlərin əksəriyyəti boşanır və stabil ailə qurmaq böyük risk tələb edir. Düşünürlər ki, Türkiyə yad millət deyil və orada uğurlu ailələr qurulur. Bütün bunların təsiri hesabına türklərlə ailə quran qadınlarımız çoxalır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət