Azərbaycana qarşı “Oxçuçay terroru”: “Cinayətin qarşısı birdəfəlik alınmalıdır”
Banuçiçək Kalbalıyeva
12:49 06.07.2021
Cəmiyyət
575
Məhərrəm Zülfüqarlı:“Müvafiq qurumlar məsələni beynəlxalq miqyasda qaldırmalıdırlar ”
Akif Nağı: “Türkiyə və İranla birlikdə beynəlxalq təşkilatlara müraciət etməliyik”
Ermənistanın Azərbaycana qarş ekoloji terroru davam edir. Belə ki, Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans və ictimai narazılıq doğurub. Bu prosesdə xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar var. Azərbaycan mediasının Almaniya səfirliyinə müraciətinə səfirin cavabı məsələni ört-basdır etmək və diqqəti şirkətin üzərindən yayındırmaq məqsədi daşıyıb.
Bu ölkənin Yaşıllar partiyası isə ümumiyyətlə müraciətə saymazyana cavab verərək Azərbaycana ayırmaq üçün vaxtlarının olmadığını bildirib. Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsinin təşkil etdiyi qarayaxma kampaniyalarında fəal iştirak edib. Qarayaxma kampaniyalarının təşkilində Soros şəbəkəsinin Azərbaycanda özəl maraqları xüsusi diqqət çəkir. Həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsi, ölkəmizin öz tərəfdaşları ilə uğurlu enerji layihələrini reallaşdırması, Ermənistanda Sorosun layihəsi olan N.Paşinyanın hakimiyyətə gəlməsi kimi məqamlar da məsələyə təsirsiz ötüşmür.
AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bu barədə “Sherg.az”a açıqlamasında düşmənin hərəkətini qınadı:
“Sözügedən problem sovet dövründən var. İşğaldan sonra isə kütləvi hal aldı. Müvafiq qurumlar məsələni beynəlxalq miqyasda qaldırmalıdırlar. Cinayətin qarşısı birdəfəlik alınmalıdır. Əks halda, ekoloji terror davam edəcək. Və bundan təkcə Azərbaycan yox, qonşu ölkələr, o cümlədən İran da əziyyət çəkəcək”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da düşünür ki, problemin həlli istiqamətində operativ addımlar atılmalıdır:
“Bu, regional əhəmiyyətli məsələdir. Ona görə qonşu ölkələrlə, o cümlədən Türkiyə və İranla birlikdə beynəlxalq təşkilatlara müraciət etməliyik. İlk növbədə Ermənistana təzyiq göstərməliyik. Ekoloji terrorda iştirak edən ayrı-ayrı xarici dövlət başçıları ilə danışa bilərik. Həmçinin beynəlxalq məhkəmələrə baş vurmaq da məqsədəuyğundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət