Azərbaycana turizm səfərlərinin sifarişi kəskin artıb
14:44 14.01.2020
Cəmiyyət
684
Azərbaycana turistik səfərlərin sifarişi son dörd ayda 155 faiz artıb. “Trade Arabia”nın məlumatına görə, bu barədə Yaxın Şərqdə və Şimali Afrikada ən böyük turistik “bazar” olan “Wego” məlumat yayıb.
Bu yüksəliş Azərbaycanın Körfəz Əməkdaşlıq Şurası ilə əməkdaşlığı fonunda müşahidə olunub.
Azərbaycan Turizm Şurası 192 ölkədən təqribən 2 milyon 921 min turist qəbul edib. Bu 2018-ci ilin yanvar noyabr ayları ilə müqayisədə 11,1 faiz artım deməkdir.
“Wego”nun məlumatına görə, axtarışların 74%-i üç gün kimi qısa müddətlər üçün edilib.
Bakıya bilet sifariş edənlərin 63%-i tək və ya cüt halında gəlmək istəyənlərdir, 37% isə ailələrdir.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidt Yaxın Şərqdə və Şimali Afrikadan Azərbaycana olan sifarişləri sayında artan rəqəmlərə görə çox şad olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrdən olan səyyahlara hər cür xidmət təqdim edə bilir: “Onları unudulmaz sərgüzəştlər üçün çox unikal fürsətlərə malik olan Azərbaycanda qarşılamağı səbirsizliklə gözləyirik”.
“MENA&INDIA”nın icraçı direktoru Mamun Hmedan Azərbaycanla bağlı axtarış həcmlərinin 55% artdığını bildirib: “Biz ATB və digər uğurlu qurumlarla əlaqələrin daha da inkişafını səbirsizliklə gözləyirik”.
Qlobal qonaqpərvərlik bazarında durmadan populyarlıq qazanan Azərbaycanın paytaxtı, UNESCO-nun Ümumdünya İrsinə uyğunlaşan qədimiyilə bərabər ultramodern dizaynlarla bəzədilmiş binaları ilə heyrətamiz görünüşə malikdir.
Azərbaycan dəri, ürək-damar, ginekoloji, uroloji və mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün təbii müalicə vasitəsi olan 300-ə yaxın palçıq vulkanı ilə də Yaxın Şərq və Şimali Afrikadan turistləri özünə cəlb edə bilib.
Azərbaycan Dövlət Turizm Agentliyi “Formula-1”, “Qran Pri” və 2020-ci il Avropa Futbol Çempionatı kimi vacib idman tədbirlərini Bakıda keçirməyə hazırlaşır. Bu isə 2020-ci ildə ölkəyə daha çox idman həvəskarının cəlb ediləcəyi proqnozunu verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə