Azərbaycanda bu cür doğulan uşaqların sayı artıb
18:34 04.12.2019
Cəmiyyət
479
Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı artraraq ən yüksək həddə çatıb. Trend xəbər verir ki, ölkədə ümumi doğuşların sayının azalmasına baxmayaraq, ötən müddətdə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən anaların sayı artıb.
2005-ci ildə ölkədə hər 100 doğuşun 5,3-ü qeysəriyyə əməliyyatı ilə həyata keçirilirdisə, 2014-cü ildə doğuşların 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i, 2017-ci ildə 33,5-i, 2018-ci ildə 36,1-i qeysəriyyə kəsiyi əməliyyatı ilə baş tutub.
2014-cü ildə 168 889 doğuşun 30 561-i, 2015-ci ildə 164 614 doğuşun 45 942, 2016-cı ildə 158 051 doğuşun 46 555-i, 2017-ci ildə 142 710 doğuşun 47 760-ı, 2018-ci ildə 137 528 doğuşun 49 648-i qeysəriyyə əməliyyatı ilə olub.
Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədovanın sözlərinə görə, qeysəriyyə kəsiyinin olması üçün 5 tibbi göstəriş var ki, bunun da birincisi əvvəl keçirilən əməliyyatdakı çapıqdır.
S.Məmmədovanın sözlərinə görə, son illər qeysəriyyə kəsiyi əməliyyatlarının əksəriyyəti uşaqlıq üzərində olan təkrar çapığa görə edilir.
Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov Trend-ə bildirmişdi ki, müasir tədqiqatlara əsasən, 39 həftədən aşağı planlı şəkildə aparılan qeysəriyyə kəsiyi nəticəsində doğulan uşaqların əqli inkişaf (İQ) indeksi ümumi populyasiyadan 6 % aşağı olur.
Baş neonatoloq əlavə edib ki, qeysəriyyə kəsiyi əməliyyatının planlı şəkildə hamiləliyin tam 38-ci həftəsindən tez aparılması uşaqların sağlamlığında böyük problemlər yaradır. Bu hal yenidoğulmuşlar arasında ilk növbədə tənəffüs, daha sonra isə mərkəzi sinir, ürək-damar, mədə-bağırsaq və s. sistemlərdə problemlərin yaranmasına səbəb olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya