Azərbaycanda instituta yeni direktor təyin edildi
Yusif Nəzərli
08:31 23.02.2022
Cəmiyyət
689
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni rəhbər təyin olunub.
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə İnstitutun direktoru vəzifəsi Pərvin Əkbərova həvalə olunub.
Vüqar Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib.
Bununla da, uzun müddət özəl sektorda uğurla fəaliyyət göstərən uzmanlıq dərəcəsinə malik menecer həkimlərin TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibbi müəssisələrinə transformasiyasına başlanılıb.
Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Pərvin Əkbərovun uzun müddət özəl sektorda uğurla çalışdığını, bundan sonra da öz təcrübəsini Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fəaliyyətinin yenidən uğurla təşkil olunmasına yönəldəcəyinə əminliyini ifadə edib.
Daha sonra, Vüqar Qurbanov Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun fəaliyyəti, yaradılan şəraitlə yaxından tanış olub, terapiya mərkəzlərindəki mövcud vəziyyətlə maraqlanıb, həkim heyətinin təkliflərini dinləyərək, tövsiyələrini verib.
Qeyd edək ki, Pərvin Əkbərov Tehran Sosial Rifah və Reabilitasiya Elmləri Universitetinin, Reabilitasiya və Fizioterapiya üzrə uzmanlıq, İspaniya Milli Tibb Elmləri Universiteti Osteopatik Klinik Reabilitasiya üzrə Fəlsəfə Doktoru dərəcəsinə malikdir.
İxtisasca reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat olan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutun yeni direktoru Tusi Memorial Klinikasında şöbə müdiri, Koreya Şərq təbabəti klinikasında Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri, Respublika Diaqnostika Mərkəzində Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. O eyni zamanda, 2015-2017-ci illərdə Gəncə Reabilitasiya Mərkəzində tibbi direktor, 2011-ci ildən bu günə qədər Azərbaycan Respublikası Milli Karate Federasiyasının həkimi, eləcə də, 2018–ci ildən bu günə qədər Gəncə Beynəlxalq xəstəxanasında şöbə müdiri kimi fəaliyyətini davam etdirib.
Türkiyə, Rusiya, Amerika, Kanada, Almaniya, İspaniya, Niderland, İran, Çexiya, Cənubi Afrika və Hindistan kimi ölkələrdə müxtəlif beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak edib. “A.I.M.S” İdman həkimləri üzrə İtaliya Assosiasiyasının üzvüdür. Bundan başqa, Pərvin Əkbərov bir çox elmi məqalələrin də müəllifidir. Tibb sahəsində bir sıra mütərəqqi yenilik və texnologiyaların tətbiqi məhz onun adı ilə bağlıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm