Azərbaycanda işləyən qadınların hüquqları genişləndirilir
10:52 16.11.2023
Cəmiyyət
422
Azərbaycanda işləyən qadınların hüquqları genişləndirilir.
"Report"un xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.
Layihədə qeyd olunub ki, hər il Dünya Bankı tərəfindən işləyən qadınların əmək münasibətləri ilə bağlı formalaşmış normaların tətbiq səviyyəsi göstəricilərini ehtiva edən qadınlar, biznes və hüquq hesabatı dərc edilir. Sözügedən hesabatda ölkəmizin reytinqinin yüksəldilməsi məqsədilə Əmək Məcəlləsinə qadınların məşğulluq imkanlarını məhdudlaşdıran normaların aradan qaldırılması, ölkə üzrə qadınların orta aylıq əmək haqqının kişilərin orta aylıq əmək haqqına nisbətinin yüksəldilməsi, işləyən uşaqlı qadınlara güzəştlərin müəyyən edilməsi və ya onlar üçün əlverişli əmək şəraitinin yaradılmasının təmin edilməsi əsas prioritet olaraq nəzərdə tutulur.
Qeyd olunan hesabatda “Qadınların əməkhaqqı ilə bağlı qanunlar” göstəricisi üzrə daha yaxşı nəticələr əldə etmək üçün qadınların kişilərlə bərabər qaydada gecə işlərində işləməsinə icazə verən, qadınların kişilərlə bərabər təhlükəli hesab edilən iş yerlərində və ya sənaye sahələrində işləmələrinə icazə verən bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı məsələlərinin təkmilləşməsi, eyni zamanda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa müvafiq olaraq eyni terminlərin vahid şəkildə verilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurəti yaranmışdır.
Layihə gecə vaxtı, iş vaxtından artıq işə cəlb edilmə və ezamiyyətə göndərilmə ilə bağlı qadınların hüquqlarını genişləndirir.
Qanun layihəsində həmçinin nəzərdə tutulub ki, hamilə, 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların kişilərlə bərabər qaydada gecə işlərində işləmələrinə, iş vaxtından artıq işə cəlb edilmələrinə və ezamiyyətə göndərilmələrinə yalnız onların yazılı razılığı ilə icazə veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol